16:41 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
Yasamal yaşayış kompleksi

MİDA-dan "güzəştli mənzillər"lə bağlı daha bir məlumat gəldi

© MİDA
CƏMİYYƏT
Qısa URL
89 0 0

MİDA: "Seçilmiş mənzillərin 70%-dən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib"

BAKI, 5 sentyabr — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesinə 05.09.2018-ci il tarixində saat 15:00-da başlanıb və mənzillərin seçimi uğurla başa çatdırılıb. Bu barədə Sputnik Azərbaycan-a MİDA-dan məlumat verilib.

Bildirlib ki, Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 324 mənzilin seçimi "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib: "Bu saata olan məlumata görə satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilib. Seçilmiş mənzillərin 70%-dən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib. 

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Elektron Hökumətin İnkişafı Mərkəzi" və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilirdi".

Xatırladaq ki, MİDA-nın "güzəştli mənzillərin" satışı bu gün 11.00-dən başlamalı olsa da, qurum açıqlama verərək seçimin saat 15.00 —ə qədər təxirə salındığını elan edib.

Saat 15.00-dən öncə qurum bir daha facebook səhifəsi vasitəsilə vətəndaşlara müraciət edərək, seçimin saat 15.00-da başlayacağını qeyd edərək yaranan problemlərlə bağlı 108 xəttinə müraicət etməyi tövsiyyə eləyib.

Ancaq qurumun facebook səhifəsində sosial şəbəkə istifadəçiləri sistemin çalışmamaması, mənzil seçiminin baş tutmaması ilə bağlı şikayətlərini bildiriblər.

Əlaqədar

Güzəştli mənzillərlə bağlı yeni xəbər var
Güzəştli mənzillərin satılacağı tarix və qiymətləri açıqlandı
Güzəştli mənzillərin satışı bu dəfə də baş tutmadı, MİDA vətəndaşların qəzəbinə gəldi
Güzəştli mənzillərin satışında şübhəli məqamlar

Əsas mövzular