00:06 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
197 0 0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,8 milyon manat ayrıldı

BAKI, 4 sentyabr — Sputnik. Prezident İlham Əliyev sentyabrın 4-də “Şəmkir rayonunun Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, yetmiş bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Teqlər:
yol tikintisi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, vəsait, Prezident İlham Əliyev

Əsas mövzular