20:48 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Süd vəzi xərçənginin dianostikası, arxiv şəkli

Ən təhlükəli xərçəng növünün dərmanı tapılıb

© AP Photo / Andrew Harnik
CƏMİYYƏT
Qısa URL
659 0 0

Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir

BAKI, 2 sentyabr — Sputnik. Honq Konqun Baptist Universitetinin alimləri dünyada ən çox rast gəlinən süd vəzisi xərçənginin müalicəsində rodium metalından istifadə edilə biləcəyini təsbit ediblər.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən məlumatına görə, qeyd olunur ki, rodium metalı bu xəstəliyə qarşı müalicədə istifadə olunsa, müsbət nəticələr əldə etmək olar. Belə ki, rodium tərkibli dərman qəbul edildikdə insan bədənində şişə qarşı mübarizə apararaq xəstəliyin ilkin inkişaf prosesinin qarşısını alır.

Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir. Bu xəstəliyin üç növü məlumdur: ER-müsbət, HER2-müsbət və üç dəfə mənfi xərçəng. Sonuncuya xərçəng xəstələrinin 15 faizində rast gəlinir. 

Araşdırmaçılar müəyyən ediblər ki, rodiumun birləşdirilməsi 5A demelitazının aktivləşməsini dayandırır. Bu ferment xərçəng şişlərinin hüceyrələrinin sintezində yaxından iştirak edir.

Əlaqədar

Xərçəng xəstəliyinin yeni əlaməti aşkar edildi
10 il sonra insan xərçəng hüceyrələrinə qalib gələcək – həkim şərhi
Bu qidadan uzaq durun: Xərçəng ola bilərsiniz
On saniyədə xərçəng hüceyrəsini aşkar edən cihaz düzəldildi
Diqqət: xərçəng xəstəliyinin əlamətlərindən xəbərdar olun
Teqlər:
dərman, süd vəzi xərçəngi, rodium metalı, Honq Konq

Əsas mövzular