09:45 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Bakı

Payız havası davam edəcək - RƏSMİ

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
6802 0 0

Sabahın hava proqnozu açıqlanıb

BAKI, 25 avqust — Sputnik. Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23°, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 26-da Abşeron yarımadasında iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 21-25° isti təşkil edəcək. 

Əlaqədar

İstirahət günləri bizi necə hava gözləyir?
Şənbə gününün hava proqnozu açıqlandı
Gözlənilən məlumat gəldi: Hava proqnozu açıqlandı
Hava proqnozunu gözləyənlərə xoş xəbər

Əsas mövzular