CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhərlərarası avtobuslar üzrə sərnişindaşımanın yeni qiymətləri açıqlandı

© Sputnik / Vitaly BelousovВодитель за рулем автобуса
Водитель за рулем автобуса - Sputnik Azərbaycan
Abunə olmaq
"Artıq vəsait tələb edilməməsi üçün biletlər kassadan və ya onlayn qaydada əldə olunmalıdır"

BAKI, 31 iyul — Sputnik. Şəhərlərarası müntəzəm avtobus marşrutları üzrə sərnişindaşımanın yeni tarifləri açıqlanıb.

"APA-Economics"in məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, artıq vəsait tələb edilməməsi üçün biletlər kassadan və ya onlayn qaydada əldə olunmalıdır.

Şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni tarifləri:

© Photo : CədvəlŞəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni tarifləri
Şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni tarifləri - Sputnik Azərbaycan
Şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni tarifləri

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiqlənib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Xəbər lenti
0