05:10 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Кабинет министров Азербайджанской Республики

Hökumət "Azərsu" ilə bağlı qərar qəbul etdi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
618 0 0

"Azərsu" ASC-nin nizamnaməsinə dəyişiklik edilib

BAKI, 30 iyul — Sputnik. Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nə dəyişiklik edib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 11.1-ci bəndinə edilən dəyişikliyə əsasən cəmiyyət bilavasitə Direktorlar Şurasına, Təftiş Komissiyasına və sədrə tabe olan daxili audit sistemi (Audit Komitəsini) təsis edir. İdarə Heyətinin üzvləri və (və ya) Cəmiyyətin iştirakçıları daxili audit komitəsinin üzvü ola bilməzlər. Direktorlar Şurasının üzvləri daxili audit komitəsinin üzvü ola bilərlər.

Daxili audit və bu sistemin işini icra edən şəxslər öz fəaliyyətlərində Cəmiyyətin xüsusi şöbələrindən, filial və nümayəndəliklərindən, törəmə müəssisələrindən (cəmiyyətlərindən) asılı deyildirlər və öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququna malikdirlər. 

Əlaqədar

Hökumət enerji sahəsində dəyişikliklərə imza atdı
Qonşuluğumuzda hökumət başçısı və hökumət istefaya getdi
Hökumət ixracla bağlı yeni qərar qəbul etdi
İranda hökumət böhranı dərinləşdi, dini liderin müşaviri prezidentə qarşı çıxdı

Əsas mövzular