CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeyri-iş günlərində nağd pul niyə ərşə çəkilir - Rəsmi və qeyri-rəsmi cavab

© Sputnik / Murad OrujovPulqabında manatlar, arxiv şəkli
Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
MBNP: Bayram günləri ilə əlaqədar şəhər mərkəzində, eləcə də, əhalinin daha sıx olduğu ərazilərdə bankların fəaliyyət göstərməsini təmin edirik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Azərbaycanda artıq neçə ildir ki, Yeni il, Novruz, Ramazan kimi bayramlar bir deyil, bir neçə gün qeyd edilir. Xüsusilə bayramlar şənbə və bazar günlərinə təsadüf edirsə, qeyri-iş günlərinin sayı daha da artırılır. Ölkədə bir həftə istirahət elan edilir. Bu, təbii ki, vətəndaşlar üçün sevindirici haldır.

Банкомат в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bankomatlardan pul çıxararkən diqqətli olun: dövlət qurumu bütün banklara məktub göndərib

Amma məsələnin digər bir tərəfi var ki, bayram günləri problemsiz ötüşmür. Problem daha çox bankomatlardan pul çıxararkən yaşanır. Belə ki, vətəndaşların bayram günlərində pulunu nağdlaşdırması üçün bankomatlarda pul olmur.

Demək olar, bütün bankların bankomatlarında eyni problem yaşanır. Hələ də tam şəkildə nağdsızlaşdırma sisteminə keçmədiyimiz üçün vətəndaş bayram günlərində nağd pulsuz qalmalı olur.

Sputnik Azərbaycan mövcud problemin həlli yollarını mütəxəssislərlə araşdırmağa çalışıb. Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu problem məsələnin qanunla tənzimlənmədiyindən qaynaqlanır: "Sırf iqtisadi nöqteyi nəzərdən baxsaq, banklar hər bir müştərini razı salmalıdır və onlara yaxşı xidmət göstərməlidir. Bankomatlarda pul həmişə olmalıdır".

""Niyə bunu etmirlər?" sualına gəlincə, deyə bilərəm ki, bankomatlarda pul saxlamaq əlavə xərc tələb edir. Amma banklar müştərilərin hesabına xərcləri azaldır, işçilərə əlavə pul verib, bayram günləri işlətməkdənsə, bankomatı pulsuz saxlamağı daha üstün tutur" – iqtisadçı deyib.

Onun fikrincə, ikinci məsələ isə, bankomatların təhlükəsizliyi ilə bağlıdır: "Banklarda təhlükəsizlik xidmətləri zəifdir və banklar bu xidməti hüquq-mühafizə orqanlarından tələb edir. Amma bu, doğru deyil".

"Hətta bəzi bankomatlarda video-müşahidə kameraları belə, yoxdur. Xarici ölkələrdə bankomatlarda video müşahidə mövcuddur və bu müşahidə kameraları birbaşa bankda xüsusi şöbəyə birləşdirilir və orada bankomatlara onlayn nəzarət olur. Bunun özü də xərcdir. Bunları nəzərə alaraq banklar müştəriləri pulsuz saxlamağı daha üstün tutur" — hüquqşünas bildirib.

Nağdsız hesablaşmalara hazır olan ölkələr - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Hansı ölkələr nağdsız hesablaşmalara hazırdır?

Ə.Həsənov qeyd edib ki, bu məsələyə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) nəzarət etməlidir: "Çünki bu günə kimi bankomatların təhlükəsizliyinə görə heç bir qayda tətbiq olunmayıb".

Məsələ ilə bağlı MBNP-yə də müraciət etdik. Palatanın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, MBNP bayram günləri ilə əlaqədar qeyri-iş günləri ərzində şəhər mərkəzində, eləcə də, əhalinin daha sıx olduğu ərazilərdə bankların fəaliyyət göstərməsini təmin edir və onların bu dövr ərzindəki fəaliyyətini monitorinq edir.

"Bundan əlavə, bayram günlərində Palatanın "qaynar xətti" əhaliyə fasiləsiz xidmət göstərir. "Qaynar xətt" vasitəsilə əhali tərəfindən daxil olan sorğular operativ cavablandırılır, vətəndaşları narahat edən məsələlər araşdırılır" — deyə qurumdan bildirildi.

Əlavə olundu ki, iyun ayında Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar qeyri-iş günləri ərzində bankomatlarda nağd vəsait çatışmazlığı və ya digər problemlərlə bağlı "qaynar xətt" vasitəsilə hər hansı məlumat Palataya daxil olmayıb: "Şikayət olarsa, tez bir zamanda problemə baxılar, məsələ həllini tapır".

Xəbər lenti
0