13:24 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Həbs, arxiv şəkli

Qaradağda 1 nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olan şəxs tutuldu

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
62 0 0

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir

BAKI, 21 iyul — Sputnik. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq iyulun 12-də Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində 1 nəfərin ölməsi, 10 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, istintaq zamanı iyulun 12-də saat 08 radələrində Əliyev Rövşən İsa oğlu "Mersedes Benz" markalı, 90-OJ-802 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sükan arxasında yuxulayaraq eyni istiqamətdə hərəkətdə olan Babayev Calal Əjdər oğlunun idarə etdiyi "Deltabus" markalı, 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu arxadan vurduğu müəyyən edilib.

Nəticədə avtobusda olan sərnişinlərdən Gülmalıyeva Nəzakət Alxas qızı hadisə yerində ölüb, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

R.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Teqlər:
sürücü, həbs, Qaradağ rayonu, ölüm, qəza, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi

Əsas mövzular