13:24 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Ukrayna dairəsi əsaslı şəkildə təmir

"Ukrayna dairəsi"ndəki son vəziyyət bəlli oldu

© Foto : AAY DA mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
359 0 0

Bu dairə boyu daim intensiv hərəkət müşahidə olunur

BAKI, 20 iyul — Sputnik. Beş müxtəlif istiqamətdən gələn yolların kəsişdiyi və ölkənin ən böyük dairələrdən biri hesab olunan "Ukrayna dairəsi"ndə aparılan təmir-tikinti işləri artıq yekunlaşıb.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat daxil olub. Bildirilib ki, dairə boyu avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Məlumata görə, bu dairə boyu daim intensiv hərəkət müşahidə olunur.

"Xətai rayonunun nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Məhəmməd Hadi küçəsinin yenidənqurulması layihəsi çərçivəsində təmir edilən dairə uzun müddət istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə, dairənin asfalt-beton örtüyündə sürüşmə xarakterli deformasiyalar, qabarma və dağılmalar əmələ gəlmişdi. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olurdu. Məhz bu problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmirinə başlanıldı və qısa müddət ərzində bu işlər yüksək keyfiyyətlə və sürətlə aparılaraq yekunlaşdırıldı" — deyə məlumatda vurğulanıb.

Teqlər:
Ukrayna dairəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, təmir-bərpa

Əsas mövzular