23:15 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
94721

Kollegiyada Gəncə şəhərində törədilən qanlı cinayət hadisələri müzakirə olunacaq

BAKI, 14 iyul — Sputnik. Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, respublikanın bütün şəhər və rayonları üzrə idarə və şöbə rəislərinin iştirakı ilə keçirilən kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Ramil Usubov sədrlik edir.

Kollegiya iclası 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.

Kollegiyada həmçinin son günlər Gəncə şəhərində törədilən qanlı cinayət hadisələri müzakirə olunacaq.

Teqlər:
qanlı cinayət, Gəncə şəhəri, general-polkovnik Ramil Usubov, kollegiya iclası, Daxili İşlər Nazirliyi

Əsas mövzular