CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Gəncədə öldürülən polisləri təltif etdi

© Sputnik / Ilham MustafayevGəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev (solda) və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun portretləri
Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev (solda) və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun portretləri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər

BAKI, 13 iyul — Sputnik. Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla 2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər:

İlqar Məmməd oğlu Balakişiyev — polis polkovniki (ölümündən sonra)

Səməd Yunis oğlu Abbasov — polis polkovnik-leytenantı (ölümündən sonra).

Xəbər lenti
0