21:10 17 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921
Sənədin imzalanması

Azərbaycanda yeni nazir təyin olundu

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
974 0 0

Rəhman Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş şöbəsinin müdiri olub

BAKI, 11 iyul — Sputnik. Rəhman Əli oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.

Sputnik Azərbaycan nuhcixan.az-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəhman Əli oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının təhsil naziri  təyin edilsin.

Qeyd edək ki, Rəhman Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Teqlər:
fərman, Vasif Talıbov, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, təhsil naziri, Naxçıvan Muxtar Respublikası

Əsas mövzular