21:22 17 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921
ASAN İmza saytının istifadəçisi

Azərbaycanda işləmək istəyənlərə şad xəbər gəldi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
648 0 0

Bundan sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası ala biləcəklər

BAKI, 9 iyul — Sputnik. İyulun 6-dan "ASAN Viza" sistemində viza növlərinin siyahısına əmək vizası da əlavə olunub. Bundan sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası ala biləcəklər.

Sputnik Azərbaycan Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, "ASAN Viza" sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir.

Ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə əmək vizası ilə daxil olmaları tövsiyə olunur.

Qeyd edək ki, ASAN Viza www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

Teqlər:
əmək vizası, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, "ASAN Viza", elektron, , Azərbaycan

Əsas mövzular