12:37 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Канатная дорога, фото из архива

FHN Qubadakı faciənin səbəbləri ilə bağlı rəsmi məlumat yaydı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
387 0 0

Kanat yolu iyunun 20-dən bağlı olub, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib

BAKI, 9 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyi Qubada hoteldə baş verən bədbəxt hadisə barədə məlumat yayıb.

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir: "Kütləvi informasiya vasitələrində Quba rayonunda "Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb".

Qeyd olunub ki, hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır.

Teqlər:
bədbəxt hadisə, hotel, ölüm, Quba, Fövqəladə Hallar Nazirliyi, açıqlama

Əsas mövzular