21:06 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Məryəm Ömərovanaın meyiti çıxarılır

Türkiyədə azərbaycanlı qadının faciəsi: Şəlalədən yıxılıb öldü

© Foto: Hürriyet
CƏMİYYƏT
Qısa URL
313 0 0

2 saat əməliyyatdan sonra qadının meyiti düşdüyü ərazidən götürülərək Fethiye dövlət xəstəxanasının morquna aparılıb

BAKI, 8 iyul — Sputnik. Türkiyəyə istirahətə gedən 27 yaşlı azərbaycanlı Məryəm Ömərova şəlalədən yıxılaraq dünyasın dəyişib.

Sputnik Azərbaycan Habertürk-ə istinadla xəbər verir ki, Türkiyənin Muğla bölgəsində Kabak Koyu turizm ərazisində olan şəlaləyə getmək üçün Məryəm Ömərova dağlıq ərazi ilə 2 kilometrə yaxın yol qət edib.

Məqsədi Aladere şəlaləsinin yuxarı hissəsinə çatmaq olub. Şəlaləyə az qalmış Kabak Koyunda qayalıqdan düşən azərbaycanlı qadın həyatını itirib.

1 / 4
© Şəxsi arxiv
Məryəm Ömərova

2 saat əməliyyatdan sonra qadının meyiti düşdüyü ərazidən götürülərək Fethiye dövlət xəstəxanasının morquna aparılıb.

Ərazinin bələdiyyə başçısı Hasan Karabulut açıqlamasında bildirib ki, Aladere şəlaləsindəki yaşanan hadisədə azərbaycanlı turistin hayatını itirməsi kədərlənirik:

"Şəlalənin olduğu əraziyə 1,5 saatlıq yol var. Bu yol çox təhlükəlidir. Turistləri bu kimi təhlükəli qayalıqlara dırmaşmamağı tövsiyə edirik".

Teqlər:
ölüm, yıxılmaq, şəlalə, qadın, azərbaycanlı, istirahət, Türkiyə

Əsas mövzular