09:52 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Qolları qandallanmış kişi

"Dato Ağcabədinski" ölkədən çıxarıldı

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
263 0 0

"Dato Ağcabədinski" dəfələrlə ağır cinayətlər törətdiyinə görə mühakimə olunub, ona Ukrayna ərazisinə giriş qadağan edilib və hüquq-mühafizə orqanları son 2 ay ərzində onu ikinci dəfə ölkədən çıxarırlar

BAKI, 8 iyul — Sputnik. Ukraynanın Lvov şəhərinin polisi "qanuni oğru", kriminal dairələrdə "Dato Ağcabədinski" kimi tanınan Cavid Məmmədovu saxlayaraq, ölkədən çıxarıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Milli Polisin vilayət üzrə İdarəsinin mətbut xidmətindən bildirilib. Polisdən qeyd ediblər ki, "qanuni oğru" ölkənin populyar Truskavets kurortunda saxlanılıb, sonra Miqrasiya İdarəsinə gətirilərək, Ukrayna hüdudlarından çıxarılıb.

Mətbuat xidmətinin məlumatında onu da qeyd ediblər ki, "Dato Ağcabədinski" dəfələrlə ağır cinayətlər törətdiyinə görə mühakimə olunub, ona Ukrayna ərazisinə giriş qadağan edilib və hüquq-mühafizə orqanları son 2 ay ərzində onu ikinci dəfə  ölkədən çıxarırlar.

Cavid Məmmədovun haraya göndərildiyi açıqlanmır.

Teqlər:
ölkədən çıxarılma, "Dato Ağcabədinski", "qanuni oğru", Ukrayna, Lvov

Əsas mövzular