13:27 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
ANAMA

Xırdalanın mərkəzində binada top mərmisi tapıldı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
43 0 0

Top mərmisinin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb

BAKI, 26 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 18:15-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 18V-də 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Sputnik Azərbaycan ANAMA-ya istinadən xəbər verir ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Abşeron rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə adı qeyd olunmuş binanın qarşısında kanalizasiya xətti çəkilən əraziyə baxış keçirilib. Təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 85 mm-lik top mərmisi (O-365) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Teqlər:
mərmi, Xırdalan, bina, Fövqəladə Hallar Nazirliyi

Əsas mövzular