10:13 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Son zəng

Məktəblilərin ən yaddaqalan günü gəlib çatdı

© Sputnik / Mikhail Parkhomenko
CƏMİYYƏT
Qısa URL
23 0 0

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu proqnozlaşdırılır

BAKI, 13 iyun — Sputnik. Sabah Bakı məktəblərində "Son zəng" keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

2017-2018-ci tədris ilində respublika üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnoz edilir.

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu proqnozlaşdırılır.

Məlumatda qeyd edilir ki, təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Əmrdə məktəb rəhbərlərinə "Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib.

Yerli təhsili idarəetmə qurumları tərəfindən "Son zəng"in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Əlaqədar

Bu gün məktəblərdə "Son zəng" keçirilir
"Son zəng" bu qaydada keçiriləcək
Budəfəki "son zəng"in şərtləri tam fərqli olacaq
Gədəbəyli gənclər "Son zəng" tədbirində bir-birilərini bıçaqladılar
Təhsil Nazirliyi "Son zəng" məsələsinə aydınlıq gətirdi

Əsas mövzular