00:13 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
306 0 0

Hadisə iyunun 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb

BAKI, 9 iyun — Sputnik. Bakıda güllələnmə hadisəsi baş verib.

Sputnik Azərbaycan Trendə istinadən xəbər verir ki, hadisə iyunun 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində yaşayan, 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova təhlükəli ov silahı ilə atəş açaraq yaralayıb, sonuncunu öldürməyə cəhd edib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Teqlər:
Cinayət Məcəlləsi, yaralanma, Yasamal rayonu, güllələnmə

Əsas mövzular