00:31 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Qandal, arxiv şəkli

Azərbaycanda məşhur kriminal avtoritet tutuldu

© Sputnik / Vitaly Belousov
CƏMİYYƏT
Qısa URL
449 0 0

Şahin Həsənovun evinə baxış keçirilən zaman xeyli sayda silah-sursat maddi sübut kimi götürülərək istintaq şöbəsinə təhvil verilib

BAKI, 9 iyun — Sputnik. Cəlilabad rayonunda iki gün əvvəl baş vermiş silahlı insident iştirakçıları saxlanılıb.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənov saxlanılıb. Şahin Həsənovun evinə baxış keçirilən zaman xeyli sayda silah-sursat maddi sübut kimi götürülərək istintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, silahlı insident iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş vermişdi.

Teqlər:
kriminal avtoritet, Cəlilabad, silahlı insident, həbs

Əsas mövzular