09:50 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib

Bakıda Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisi açılıb

© Sputnik / Eldar Tanryverdiyev
CƏMİYYƏT
Qısa URL
100 0 0

Fransa Respublikası Avropa və xarici işlər naziri UFAZ-da olub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Mayın 27-də Azərbaycan-Fransa Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, Strasburq və Ren 1 universitetlərin rektorları, Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Lö Gol, Airbus DS France-nın prezidenti Nikola Şamussi və "Azerkosmos"un prezidenti Rəşad Nəbiyev iştirak edib.

Qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş arxiv sərgisinin stendləri ilə tanış olublar. Daha sonra nazirlər Fransanın "Thales", "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, Almaniyanın "Schneider Electric" şirkətləri ilə UFAZ arasında əməkdaşlıq memorandumunun imzalanması mərasiminə qatılıblar. Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov qonaqları salamayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təşkil edilən sərginin tarixi əhəmiyyətindən danışıb. Azərbaycan və Fransa prezidentlərinin birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələ olduğunu bildirən nazir qeyd edib ki, layihənin uğurla davam etdirilməsi təhsil sahəsində unikal bir əməkdaşlığın nəticəsidir. UFAZ tələbələrinin akademik sahədə mübadiləsinin və gələcək fəaliyyətinin iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcəyinə inandığını bildirən nazir universitetin qısa zamanda mükəmməl nailiyyətlərə imza atdığını diqqətə çatdırıb.

Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian 28 may — Respublika Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb. Ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən danışan fransalı nazir UFAZ-ın yaradılmasından böyük məmnunluq hissi keçirdiyini bildirib.

  • UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib
    UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib
    © Sputnik / Eldar Tanryverdiyev
  • UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib
    UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib
    © Sputnik / Eldar Tanryverdiyev
  • UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib
    UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib
    © Sputnik / Eldar Tanryverdiyev
  • UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib
    UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib
    © Sputnik / Eldar Tanryverdiyev
  • UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib
    UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib
    © Sputnik / Eldar Tanryverdiyev
1 / 5
© Sputnik / Eldar Tanryverdiyev
UFAZ-da Fransa Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib

Sonra UFAZ-da təhsil alan tələbələrlə görüş keçirilib.

Qeyd edək ki, Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-Fransız Universitetinin yaranması barədə sərəncam imzalayıb. UFAZ-da 4 ixtisas üzrə — geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ-a ilk tələbə qəbulu 2016-2017-ci tədris ilində həyata keçirilib. Hazırda UFAZ-da 284 tələbə təhsil alır. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU, neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr Ren 1 Universiteti və ADNSU) alacaqlar.

Əsas mövzular