09:04 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
87 0 0

Yanğının baş vermə səbəbi turistlərin meşə ərazində ocağı söndürməməsi olub

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 24 may — Sputnik. Şimal zonasında yanğın baş verib.

Hadisə Quba rayonun Püstəmqasım kəndi ərazisində yerləşən meşə massivində baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə,1 hektara yaxın kolluq sahə yanıb. Kənd camaatının sözlərinə görə, yanğının baş vermə səbəbi turistlərin meşə ərazində ocağı söndürməməsi olub.

Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerində olub, yanğını söndürdüklərini zənn etsələr də, yanğın yenidən başlayıb.

Hal-hazırda Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğını söndürməyə cəhd edilir.

Teqlər:
Quba, turist, yanğın

Əsas mövzular