02:03 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Əhməd Rəcəbli 304 ünvanında yerləşən avtomobil servisinin çayxanasında partlayış

Bakıda güclü partlayış: Ölən və yaralananlar var

© Photo : REPORT
CƏMİYYƏT
Qısa URL
1047 0 0

Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib

BAKI, 21 may — Sputnik. Binəqədi rayonu, "Elit" Ticarət Mərkəzi yaxınlığında, Əhməd Rəcəbli 304 ünvanında yerləşən avtomobil servisinin çayxanasında partlayış baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Səhiyyə Nazirliyi hər iki şəxsin vəziyyətinin ağır olduğunu bildirir.

Yerli sakinlərin məlumatına görə, ölənlərin ikisi də kafenin işçisi olub. Partlayışa qaz balonun partlaması səbəb olub. Meyitlərin tanınmaz halda olduğu deyilir.

Əraziyə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarət edir.

Əhməd Rəcəbli 304 ünvanında yerləşən avtomobil servisinin çayxanasında partlayış
© Photo : APA
Partlayış nəticəsində yaralanmış səxs

Fövqəladə Hallar Nazirliyi Bakıda kafedə partlayışla bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

Teqlər:
Respublika Yanıq Mərkəzi, "Elit" Ticarət Mərkəzi, ölü, yaralı, partlayış, Bakı

Əsas mövzular