15:28 19 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9005
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası

Prezidentin iki təyinatı cəmiyyətdə böyük ümidlər yaradıb

© Official web-site of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
3438 0 0

Vətəndaşlar yeni təyin olunan məmurlardan nələr gözləyirlər?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. 11 apreldə Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Seçkilərdən sonra prezident yeni hökümətin tərkibini müəyyən etdi. Nazirlər Kabinetində yeni dəyişiklər oldu, yeni təyinatlar reallaşdı. Bir çox nazirlik, komitə və agentliklərin rəhbərləri dəyişdirildi.

Maraqlıdır, vətəndaşlar yeni vəzifəyə təyin olunan məmurlardan nələr, hansı islahatlar, nə kimi işlər gözləyir? Sputnik Azərbaycan elə bu sualla da sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. İstifadəçilər, həmçinin təyin olunan nazirlərlə bağlı fikirlərini bildiriblər:

Leyla Səfərova: "Ən çox sevindiyim təyinat İnam Kərimovun təyinatı oldu. "ASAN xidmət"ə gətirdiyi asanlıq məncə, bu işdə də təsdiqini tapacaq".

İsmayıl Cəmiloğlu: "Məncə, kənd təsərrüfatı naziri düzgün təyinat olmayıb. Bu sahədə kənd təsərrüfatı mütəxəssisi olmalı idi. Kərəm, Oqtay mütləq getməli idi. Turizmin Əbülfəz Qarayevdən alınması düzgün işdir".

Elvin Bayramlı: "İnam Kərimovun kənd təsərrüfatı naziri təyin olunmasından gözləntilərimiz çoxdur. Ümid edirəm, insanların inamını qazanacaq laboratoriya açılacaq ki, burda yerli məhsulların analizləri aparılsın. Arıçılara subsidiya verilməsində Azərbaycan Arıçılar Assosiasiyasının iştirakını təmin edəcək. Fermer təsərrüfatları genişlənəcək, ixracat artacaq. İdxal olunan kənd məhsullarının həcmi azalacaq. Məhsulların həcmi ilə yanaşı, keyfiyyətinin artırılması üçün nazirlik ciddi işlər görəcək. Nazirliyin rayon şöbələrində bürokratik əngəllər aradan qalxacaq".

Amid Eyyuboğlu: "Dəyişikliklər normaldır. Gözləntilərim yüksəkdir. Səlim Müslümovun vəzifəsiz qalmasına üzülürəm. Yaxşı və savadlı kadr idi. Ən azından, səhiyyə naziri olacağını gözləyirdim. Amma yenə də ümidimi itirməmişəm".

Şahpəri Abbasova: "Təhsilə qoyulan sərmayə ən səmərəli investisiyadır. Amma təəssüf ki, təhsil sahəsində boşluqlar kifayət qədərdir. Bu mənada təhsil naziri Ceyhun Bayramovun üzərinə çox böyük yük düşür. Təhsil sahəsində müəyyən uğurlu islahatlar gözləyirəm".

Vəfa Fərəc: "Məcburi köçkün olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunmasına sevindim. Çünki uzun illərdir komitənin məmurları tərəfindən sərgilənən biganəlikdən əziyyət çəkirik. Ağır şəraitdə yaşamağımıza rəğmən, köçürülmə ilə bağlı müraciət etdiyimiz ərizələr illərdir nəticəsiz qalıb. Rövşən Rzayevin adı çəkilən komitəyə sədr təyin olunması ilə, uzun zaman bu komitənin məmurları və əməkdaşlarının yol verdiyi özbaşınalığın aradan qaldırılması yönündə tədbirlər görüləcəyinə ümid edirəm, yəni sözdən əməli işə keçiləcəyini gözləyirəm. Bununla yanaşı, təhsil naziri təyin olunan Ceyhun Bayramovun da çiyinlərinə ağır yük düşür. Ekologiya nazirindən də gözləntilərim var, xüsusilə nöqsanları, mövcud problemləri işıqlandırdığımız zaman mətbuat xidməti top-tüfənglə üstümüzə gəlməyəcək. Ən çox təəssüf etdiyim isə Səhiyyə Nazirliyinə yeni təyinatın olmamasıdır".

Dilqəm Əhməd: "Fuad Muradova ümidim böyükdür. Nazimin məhv etdiyi sistemi düzəltməsini arzu edirəm".

Aynur Cavid: "Rövşən Şükürovdan məcburi köçkün qəsəbələrində şəxsən görüşlər keçirməsini istəyirəm".

Azay Abbasov: "Təhsil nazirinin əvvəlki kimi alt qrupları pulsuz eləməsini gözləyirəm".

Mirzə Ağa Mirzəyev: "Xalqı dinləməyi bacarsınlar, xalqa xidmət etsinlər. Yalnız gözləntilərim budur".

Yunis Dürüs: "Ceyhun Bayramovun ciddi dəyişiklik yaratma potensialı var. Digər nazirlərdən fərqi budur: zəki, dəqiq və işini görməyə istəklidir".

Leyla Vəfadarqızı: "Kənd təsərrüfatı sahəsinə nəzarətin artırılmasını istəyirəm. İndi sahibkarlar rayonlarda örüş sahələrini ələ keçirib, tütün, pambıq, sarımsaq və başqa bitkilər əkirlər. Kənardan gələn bir sahibkar torpaq sahələrini ələ keçirir və kəndli qalır çətin vəziyyətdə. Kənd camaatını da işlədir, sonra günlük nəzərdə tutulan 10 manatı da vermirlər. Bu hallara nəzarət olunsun".

Əlaqədar

Mühüm dövlət orqanında ciddi dəyişiklik: Yeni rəhbər təyin edildi
ASAN Xidmətə yeni sədr təyin edildi
Nazirlər Kabinetinin 40 üzvündən 37-si təyin olunub - SİYAHI
Yeni nazirdən ilk təyinat
Ramiz Mehdiyev yeni təyinatların anonsunu verdi
Teqlər:
kənd təsərrüfatı naziri, İnam Kərimov, Ceyhun Bayramov, təyinat, Azərbaycan, nazir, prezident

Əsas mövzular