21:49 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
204 0 0

Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq

BAKI, 2 may — Sputnik. Ziya Bünyadov prospektində hərəkət qismən məhdudlaşdırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin "Böyük Şor" yol qovşağıından başlayaraq "Çermet körpüsü"-nə qədər olan hissəsində (20 yanvar metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 2 may 2018-ci il tarixində adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. (Yol bağlı olmayacaq). Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Teqlər:
sürücü, xəbərdarlıq, bağlanma, yol, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Əsas mövzular