14:32 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
548 0 0

İşdən çıxarılan Ə.Əkbərov Komitənin sabiq sədri, Baş nazirin müavini Əli Həsənovun baldızının oğludur. A.Mirzəyev də keçmiş sədrin qohumudur

BAKI, 30 aprel — Sputnik. Azərbaycanın nazirlik və komitələrində dəyişikliklər davam edir. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni təyinatlar olub.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) daha iki işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov bildirib ki, Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimova Nazirliyin Hüquq şöbəsinin müdiri, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev isə Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Qeyd edək ki, bundan qabaq Dövlət Agentliyinin iki işçisi — Anar Hüseynov və Sarvan Cəfərova Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") sədrinin köməkçisi Əkbər Əkbərov və qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev vəzifəsindən azad edilib.

Hər iki şəxslə bağlı Komitə sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb. Onların yerinə hələ ki təyinat olmayıb.

Ə.Əkbərov Komitənin sabiq sədri, Baş nazirin müavini Əli Həsənovun baldızının oğludur. A.Mirzəyev də keçmiş sədrin qohumudur.

Xatırladaq ki, bundan əvvəl Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad olunub.

Qeyd edək ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, “Asan Xidmət” Dövlət Agentliyinin sədri İnam Kərimov vəzifəsindən azad edilərək kənd təsərrüfatı naziri təyin olunub.

Teqlər:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dəyişiklik, "ASAN xidmət", Kənd Təsərrüfatı Nazirliyi, məmur

Əsas mövzular