CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda sərnişin iki sürücünü birdən döydü

© Sputnik / Rahim MuradovLənkəran Rayon Mərkəzi Xəstəxanası
Lənkəran Rayon Mərkəzi Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki sürücü sərnişin tərəfindən döyülüb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. Lənkəranda Böyük Bazar adlanan ərazidə kütləvi dava baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, Lənkəran rayonunda Tükəvilə-Böyük bazar xətti üzrə hərəkət edən marşrutun sürücüsü, rayonun Viravul kənd sakini 1958-ci il təvəllüdlü Azər Musayev və onun həmkarı, 1970-ci il təvəllüdlü İslam Hüseynov Böyük bazar ərazisində yerləşən bazarların birində hələ ki, məlum olmayan səbəbdən sərnişinlə mübahisə etməyə başlayıblar. 

Mübahisə qızışaraq davaya çevrilib. Hər iki sürücü sərnişin tərəfindən döyülüb. Davada xəsarət alan A.Musayev və İ.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəbər lenti
0