20:25 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
878 0 0

Bakıda Azərbaycan ərazilərini plastik butılkalardan təmizləməyi qarşısına məqsəd qoymuş yeni layihə həyata keçirilməyə başlayır

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Bakıda, Azərbaycan ərazilərini plastik butılkalardan təmizləməyi qarşısına məqsəd qoymuş yeni layihənin həyata keçirilməsinə başlanılıb. Son illərdə istifadə olunmuş plastik qablar ölkədə əsl ekoloji fəlakət təhlükəsi yaradır. Ecobox şirkətinin baş direktoru Hacıağa Quliyev Sputnik Azərbaycan-a bildirib ki, bu təhlükənin qarşısını almaq üçün artıq Bakıya fandomatlar gətirilib. Fandomatlar ödəniş əsasında plastik butılkaları və alüminium bankaları qəbul edəcək.

2018-ci ilin aprel ayının sonlarında bu aparatlar iri hipermarketlərdə quraşdırılacaq. Hazırda şirkət aparatların ticarət obyektlərinin məlumat bazasına inteqrasiya etməsi üçün proqram təminatı hazırlamaqla məşğuldur.

Ecobox şirkətinin baş direktoru Hacıağa Quliyev
© Sputnik / Zarina Orudzhaliyeva
Ecobox şirkətinin baş direktoru Hacıağa Quliyev

Qeyd edək ki, Ecobox iki formada fandomat alıb. İlkin mərhələdə onlar test rejimində işləyəcəklər. Bunun əsasında da hansı aparatın yerli sakinlərin daha çox ürəyincə olduğunu təyin etmək mümkün olacaq.

Quliyev hazırda bu fandomatların hər birinin qiymətinin 10-12 min dollar arasında dəyişdiyini bildirib.

"Biz artıq 30-dək aparat gətirmişik və onlar yaxın vaxtlarda quraşdırılacaq. Gündəlik xidmətlərindən istifadə etdiyimiz bütün mağaza şəbəkələri ilə danışıqlar gedir" – deyə Quliyev bildirib.

Fandomatdan istifadə qaydası çox asandır. Butılka aparata tullanan kimi, o, qabın forma və barkodunu müəyyən edir, sonra isə onu yük yerinə ötürür. Bu yolla fandomata 1500-dək butılka yerləşə bilər.

Quliyev, bu yolla toplanmış qabların qazlı içkilər istehsal edən qanunsuz sexlərdə istifadə ediləcəyi barədə gəzən söhbətləri əsassız adlandırıb.

Butılkanın qəbulundan sonra fandomatın monitorunda hesablanmış məbləğ barədə informasiya çıxacaq. Bir butılka 2 qəpiyə olacaq. Alüminium qabları isə aparatın 1 qəpiyə götürməsi planlaşdırılır.

Sonra sistem monitorda soruşacaq ki, həmin məbləğin necə ödənməsini istəyirsiz: unikal çek şəklində, mobil nömrəyə köçürülən pul şəklində, yoxsa hədiyyə olaraq?

Sahibkar əmindir ki, həmin çekdən fandomatların quraşdırıldığı bütün hipermarketlərdə alış-veriş zamanı istifadə etmək mümkün olacaq.

Toplanmış butılkalar yaxşı vəziyyətdə qorunacaq və Qala qəsəbəsi yaxınlığında plastik və metalların təkrar emalı zavodunun tikintisi başa çatandan sonra ora veriləcək. Orada butılkalar əridilərək kürəciklər şəklinə salınacaq. Bu kürəciklərin ikinci dərəcəli xammal kimi Avropaya ixracı nəzərdə tutulur.

"Avropalı tərəfdaşlarımız bizə istehsal etməyi planlaşdırdığımız bu məhsulu tam həcmdə almaq üçün sifariş veriblər" – deyə Ecobox-un baş direktoru bildirib.

Fandomat
© Sputnik / Zarina Orudzhaliyeva
Fandomat

Sosial şəbəkələrdə bu layihə ətrafında yaradılmış ajiotaj onu xeyli populyarlaşdırıb. Hər yerdə atılmış plastik və metal fanta, kola, enerji içkilərinin butılkalarına rast gəlmək mümkündür. Bu isə belə bir tədbirlərin görülməsini zəruri edir.

Fandomat — ikinci əldən qabları, o cümlədən, alüminium bankaları və polietilentereftalat butulkaları əhalidən alaraq əvəzində qəbz şəklində pul mükafatı təqdim edən robotlaşdırılmış aparatdır.

Toplanmış bu xammallar təkrar emal üçün nəzərdə tutulur və bütün dünyada gəlirli biznes sayılır. Bir sıra ölkələrdə bu qurğular və zavodlar onların quraşdırılması və tikintisinə sərf edilən xərcləri bir ildə çıxarır. Təkrar emal edilmiş plastikdən bağlamalar, tikinti materialları, sintetik parçalar və digər məhsullar istehsal edilir. Misal üçün bir futbol köynəyinin hazırlanmasına sərf olunacaq poluester üçün 4 ədəd plastik butulka lazımdır.

Aparılan bazar araşdırmasına görə, ölkəmizdə hər il 800 milyondan çox plastik qab istifadə edilir ki, bu da 16 milyon manatlıq dövriyyə deməkdir.

Teqlər:
fandomat, qurğu, plastik qablar, layihə, təhlükə

Əsas mövzular