14:46 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Dövlət Miqrasiya Xidmətinin binası

Onların ölkəyə girişinə məhdudiyyət qoyuldu

© Foto: APA
CƏMİYYƏT
Qısa URL
102 0 0

Onlardan 2313-ü ölkəni tərk etmələri barədə, 543-ü ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə olub

BAKI, 16 aprel — Sputnik. 2018-ci ilin birinci rübü ərazində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınma ilə 163805 müraciət edilib. Bu barədə Sputnik Azərbaycan-a xidmətdən məlumat verilib.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 10694 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 6506 müraciət daxil olub.

Rüb ərzində Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 4665 qəbul edilib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 2856 qərar qəbul edilib. Onlardan 2313-ü ölkəni tərk etmələri barədə, 543-ü ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə olub.

Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı 1653 qərar qəbul edilib.

Onlardan 1333-ü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 320 si isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı olub.

Bunlardan 204-ü Miqrasiya Məcəlləsinin 79.1.1-ci maddəsinin (vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə), 59-u Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin (son 3 il ərzində 2 və daha çox inzibati məsuliyyətə cəlb edildikdə), 57-si Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti

Rüb ərzində Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı 53 müraciət daxil olub.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı isə 92 qərar qəbul edilib.

2018-ci ilin I rübü ərzində DMX-nin "Çağrı mərkəzi"-nə 24197 zəng daxil olub.

Teqlər:
məhdudiyyət, Dövlət Miqrasiya Xidməti, əcnəbi, qadağa

Əsas mövzular