03:17 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Кабинет министров Азербайджанской Республики

Hökumətdən yollarla bağlı vacib qərar

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
22 0 0

Uzunluğu 15 km olan Siyəzən-Məşrif yolu yerli əhəmiyyətli avtomobil yollarının siyahısına daxil edilib

BAKI, 7 aprel — Sputnik. Azərbaycanda yerli əhəmiyyətli avtomobil yollarının sayı artıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının Siyahısı”nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən uzunluğu 15 km olan Siyəzən-Məşrif yolu yerli əhəmiyyətli avtomobil yollarının siyahısına daxil edilib.

Qeyd edək ki, prezident İlham Əliyevin 2012-ci il 11 iyun tarixli Sərəncamına əsasən yolun tikintisinə ilkin olaraq 7 milyon, daha sonra 5,7 milyon manat vəsait ayrılıb. 2012-ci ilin oktyabrında başlamış tikinti işləri 2015-ci ilin mayında yekunlaşıb, həmin il avqustun 8-də prezident İlham Əliyev Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib. Bu yol Siyəzən rayonunun 20 yaşayış məntəqəsini birləşdirir.

Əlaqədar

Sürücülərin nəzərinə: Bu yollar bağlı olacaq
“Kişi peşəsi”ndə işləyən qadın: “Onlar yollara canlı "bomba" hazırlayırlar”
Dəmir yollarına axın olub
"Oskar"a qanunsuz yolla sahib çıxmağa çalışan şəxs həbs olundu
Teqlər:
Siyəzən-Məşrif avtomobil yolu, Nazirlər Kabineti, İlham Əliyev, Azərbaycan, Siyəzən rayonu

Əsas mövzular