13:35 23 Aprel 2018
Canlı yayım
Rahim Namazovun öldürüldüyü yerdə polis təhqiqat aparır

"Lotu Quli"ni söyən avtoritetin arvadı öldürüldü

© AFP 2018 / PASCAL PAVANI
CƏMİYYƏT
Qısa URL
58010

Onun ailə üzvləri ilə birlikdə 2010-cu ildə Fransaya mühacirət etdiyi bildirilir

BAKI, 30 mart — Sputnik. Kriminal aləmdə Rahim Şəkinski kimi tanınan şəxs və həyat yoldaşı Fransada güllələnib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə Tuluza şəhərinin yaxınlığındakı Kolomye şəhərində qeydə alınıb. "Audi" markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazovla həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.

Rahim Namazov
© France 3
Rahim Namazov

Fransada silahlı hücuma məruz qalan Rahim Namazovun kriminal avtoritetlərlə əlaqələrinin olduğu bildirilir. Hadisənin hansı motivdə baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb. O cümlədən dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

Fransa polisi Rahim Namazovun arvadı Aidanın başından güllə yarası aldığını və vəziyyətinin kritik olduğunu açıqlayıb. Polis daha sonra onun xəstəxanada öldüyü barədə məlumat verib. Rahim Namazov isə çiynindən güllə yarası alıb. Hadisə yerində polis və prokurorluq əməkdaşları təhqiqat aparır.

Fransa KİV-ləri Rahim Namazovu "siyasi mühacir" və "jurnalist" kimi təqdim edir. Onun ailə üzvləri ilə birlikdə 2010-cu ildə Fransaya mühacirət etdiyi bildirilir. Namazovlar ailəsi Fransada üç uşağı ilə yaşayırmış.

O da məlumdur ki, R.Namazov Fransaya jurnalist adı altında mühacirət edib, "YouTube"də Namazovun özünün bu barədə danışıqlarına rast gəlinir.

Bir neçə həftə əvvəl "Rahim Şəkinski" İstanbulda məskunlaşmış azərbaycanlı "qanuni oğru" "Lotu Quli"nin ünvanına söyüşlər yağdıraraq onu "YouTube"də yerləşdirib. O, özünü İstanbulda güllələnmiş Rövşən Lənkəranskinin tərəfdarı kimi təqdim edib. Bundan sonra "Lotu Quli"nin tərəfdarları Rahim Şəkinskiyə "YouTube" vasitəsilə söyüşlər ünvanlayıblar. Qarşılıqlı söyüşmə günlərlə davam edib.

Teqlər:
güllələmə, kriminal aləm, avtoritet, Lotu Quli, Fransa

Əsas mövzular