20:43 18 İyul 2018
Canlı yayım
  • RUB0.0271
  • USD1.7000
  • EUR1.9794
Mərkəzi Seçki Komissiyası

Seçkilərdə "exit-poll"a bağlı qərar qəbul olundu

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
88 0 0

Qeydiyyata alınan təşkilatların “exit-poll” keçirəcəyi dairələrin sayı məlum olub

BAKI, 24 mart — Sputnik. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən 4 təşkilat qeydə alınıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

"Els" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya" şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə exit-poll keçirəcək.

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar "exit-poll" keçirmək üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınan təşkilatların "exit-poll" keçirəcəyi dairələrin sayı məlum olub. MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya" şirkəti 40, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə 118, "Els" Müstəqil Araşdırmalar Mərkəzi 118 və "RƏY" Monitorinq Mərkəzi  48 seçki dairəsində monitorinq keçirəcək.

Teqlər:
monitorinq, "exit-poll", Mərkəzi Seçki Komissiyası

Əsas mövzular