08:06 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Novruz tonqalı

Bayramda daha bir qurum gücləndirilmiş rejimdə işləyəcək

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
28 0 0

Ənənəvi olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görülür və enerji sistemin etibarlılığı diqqət mərkəzində saxlanılır

BAKI, 16 mart — Sputnik. "Azərenerji" ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərenerji"dən məlumat verilib. Bildirilib ki, bayram günləri ilə əlaqədar "Azərenerji" ASC istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər görüb və müvafiq qrafik rejimi tətbiq olunub.

Məlumatda qeyd olunur ki, Səhmdar Cəmiyyətin struktur vahidinə daxil olan qurumlar bayram günlərində stabil olaraq fəaliyyət göstərəcək. Ənənəvi olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görülür və enerji sistemin etibarlılığı diqqət mərkəzində saxlanılır. Ümumi günlərdə olduğu kimi, xüsusi günlərdə də qarşıya qoyulan vəzifələr tam məsuliyyətlə həyata keçirilir.

Teqlər:
gücləndirilmiş iş rejimi, Novruz bayramı, "Azərenerji"

Əsas mövzular