12:28 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
204401

Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətində işləyənlərin maaşları artırıldı

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Prezidentin digər bir sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Teqlər:
maaş, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev

Əsas mövzular