01:18 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
İsa Qəmbər

İsa Qəmbərin səhhəti ilə bağlı son məlumat

© Photo: Facebook / Иса Камбар
CƏMİYYƏT
Qısa URL
577 0 0

"Bu günə qədər aparılan müayinələrin nəticəsində İsa bəydə hər hansı ciddi problem olduğu aşkarlanmayıb"

BAKI, 2 mart — Sputnik. Bu gün bir neçə xəbər saytında Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin hemorragik insult keçirdiyi və beyninə qan sızdığı barədə xəbərlər yayılıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Sputnik Azərbaycan-a açıqlamasında yayılmış xəbərlərin yalan olduğunu vurğulayıb.

“Bu gün saat 17 radələrində Ankaradan aldığım məlumatda deyilir ki, bu günə qədər aparılan müayinələrin nəticəsində İsa bəydə hər hansı ciddi problem olduğu aşkarlanmayıb. Müayinə və müalicə uğurla davam edir”, – deyə partiya rəsmisi bildirib.

Gülağa Aslanlı onu da deyib ki, “yanlış məlumat yayanların kim olduğu hamımıza məlumdur”.

Qeyd edək ki, bir müddət əvvəl İsa Qəmbərin səhhətində problemlər yaranmışdı və o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilmişdi.

Teqlər:
insult, Müsavat Partiyası, İsa Qəmbər

Əsas mövzular