17:18 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Baş Prokurorluq

Baş Prokurorluq qəbul imtahanının nəticələri barədə məlumat yayıb

© Sputnik / Anar Mustafaev
CƏMİYYƏT
Qısa URL
376 0 0

Baş Prokurorluq qulluğa qəbul imtahanının nəticələri barədə məlumat yayıb

BAKI, 28 fevral — Sputnik. 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 780 gənc mütəxəssis hazırda prokurorluğun kadr korpusunun 65 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Fevralın 28-də Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq elan edilmiş sayca 18-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib. 

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar saat 10:00-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada — Bakı İdman Sarayında Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatların, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər.

İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartları Dövlət İmtahan Mərkəzində yoxlanılıb və imtahanda iştirak edən 410 namizəddən 222-si müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.

Nəticələr Dövlət İmtahan Mərkəzinin və Baş Prokurorluğun internet saytlarında yerləşdirilib.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.

Əlaqədar

Bazar günü imtahan verəcək şagirdlərin sayı açıqlandı
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan olacaq
Dövlət İmtahan Mərkəzindən abituriyentlərə xoş xəbər, bu il...
Yeni imtahan modelinin mahiyyəti aydın oldu
Dövlət İmtahan Mərkəzi magistrlər üçün şans yaradır

Əsas mövzular