05:55 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
377 0 0

Samirə Ağayeva Chopard zərgərlik firması tərəfindən qara brilyantdan hazırlanmış tacı ölkəmizə gətirəcəyinə inanır

BAKI, 27 fevral — Sputnik. Azərbaycanlı model Samirə Ağayeva "Miss Europa" beynəlxalq gözəllik müsabiqəsində iştirak etmək və 350 min avro dəyərində olan brilyant tacın sahibi olmaq üçün Beyruta gedib.

Sputnik Azərbaycan-nın xəbərinə görə, bu barədə model özünün Instagram-dakı səhifəsində məlumat verib. O, "Instagram"a layihənin müxtəlif turlarından fotoşəkillər yerləşdirib. Sözügedən müsabiqədə müxtəlif ölkələrdən olan modellər iştirak edir.

Müsabiqənin qalibi qara brilyantdan ürək formasında hazılanmış tac alacaq. Həmin tac Chopard zərgərlik firması tərəfindən hazırlanıb və qiyməti 350 min avrodur. Müsabiqənin xüsusi qonaqları Kann və Venesiya kinofestivallarının qırmızı xalısına çıxmış məşhurlar, eləcə də iri beynəlxalq brendlərin nümayəndələri olacaq. Ağayeva layihənin qalibi olacağına inanır.

Qeyd edək ki, "Miss Europa" 1928-ci ildə Parisdə fransız jurnalist və "Pari-Midi" qəzetinin naşiri Moris de Valeff (фр.Maurice de Waleffe) tərəfindən təsis olunub.

Samirə Ağayeva moda nümayişlərində, Azərbaycan və xarici ölkələrin foto layihələrində iştirak edir, reklam çarxlarına çəkilir. Hazırda o, bir çox digər azərbaycanlı modellər kimi əsasən xarici ölkələrdə yaşayır və işləyir. Çünki o ölkələrdə Bakıdan fərqli olaraq modellərə daha çox pul verirlər.

Teqlər:
tac, gözəllik müsabiqəsi, brilyant, Beyrut

Əsas mövzular