16:36 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Bıçaq zərbəsi

Ana 20 yaşlı oğlu tərəfindən bıçaqlandı - TƏFƏRRÜAT

CC0 / charlemagne / knife
CƏMİYYƏT
Qısa URL
87 0 0

Sözügedən qadın bir neçə il əvvəl həyat yoldaşı tərəfindən də bıçaqlanıb

BAKI, 24 fevral — Sputnik. Göygöl şəhərində bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı öz oğlu tərəfindən bıçaqlanıb.

Məlumata görə, hadisə mübahisə zəminində qeydə alınıb. Ana qonşuya qaçmaq istəsə də, oğlu onların evi yaxınlığında anasına çatıb və qadını qarın nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Artıq anasını bıçaqlayan şəxs saxlanılıb. 1998-ci il təvəllüdlü Əsgərov Rauf Məhərrəm oğlu Göygöl rayon Polis şöbəsinə aparılıb.

Məlum olub ki, sözügedən qadın bir neçə il əvvəl həyat yoldaşı tərəfindən də bıçaqlanıb. O, həmin vaxt Göygöl rayon xəstəxanasında müalicə olunub. Bu dəfə isə qadını böyük oğlu bıçaqlayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadının iki oğlu var və onların hər ikisi spirtli içki aludəçisidir. Ailə başçısı rəhmətə getdikdən sonra onların dolanışıqlarında çətinliklər yaranıb və qadının hadisəni törədən oğlu da tez-tez anasından içki içmək üçün pul istəyirmiş. Bütün bunlardan təngə gələn ana növbəti belə bir hal yaşanan zaman oğlundan içkini tərgitməsini, hər dəfə ona verəcək pulunun olmadığını deyib. Lakin sərxoş halda olan oğul əsəbi şəkildə bıçağa əl ataraq onu vurub.

Hazırda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsində əməliyyat olunan qadının vəziyyəti orta-ağırdır.    

Əlaqədar

Prezident mühafizəçisinin bıçaqlanmasından əvvəl və sonra baş verənlərin pərdəarxası
Bakıda çimərlikdə nonsens: çimmək əvəzinə bıçaqlanma
Yeniyetmənin törətdiyi bıçaqlanma hadisəsinin detalları
Bakı – Gəncə sərnişin avtobusunda bıçaqlanma hadisəsi baş verib
Teqlər:
oğul, Göygöl, bıçaqlama, ana

Əsas mövzular