19:36 22 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Məhkəmə

Millət vəkili: “Məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib”

© AP Photo /
CƏMİYYƏT
Qısa URL
40 0 0

"Məhkəmələrdə dövlət başçısının imzaladığı qanunun tətbiqi ilə bağlı 1700 təqdimat var”

BAKI, 23 fevral — Sputnik. "Prezident İlham Əliyevin keçən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edib. Dəyişiklikdən sonra 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri qanunun tətbiqi ilə bağlı statistikanı açıqlayıb: “Həmin müddətdən məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib, bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur”.

O bildirib ki, bundan başqa, 5 min məhkumla bağlı təqdimat göndərilməsi nəzərdə tutulur: “Bu qanunu Amnistiya qüvvəli qanun kimi qəbul etmək olar”.

Əlaqədar

Məhkəmə son mərhələdə: Netanyahunu nə gözləyir?
Allahverənovun məhkəmə dinləməsi başlayıb
Xalq artistlərinin qarşıdurması məhkəmə müstəvisinə keçir

Əsas mövzular