23:58 25 Fevral 2018
Canlı yayım
2018-ci ilin təqvimi

Mart ayının qeyri-iş günlərinin sayı bilindi

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
1119 0 0

Bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq

BAKI, 15 fevral — Sputnik. Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə 8 Mart — Qadınlar günü iş günü hesab edilmir. Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə — yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.

Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.

Əlaqədar

Azərbaycanda bu tarix rəsmən qeyri-iş günü elan olundu
Qarşıda bir həftəlik qeyri-iş günümüz var
"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində 4 gün qeyri-iş günü olacaq
Gələn il üçün qeyri-iş günlərinin sayı açıqlandı
2018-ci ilin qeyri-iş günləri
Teqlər:
qeyri-iş günləri, mart, Novruz, Nazirlər Kabineti

Əsas mövzular