14:29 21 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Magistral yolda yeni geri dönmə hissə yaradılıb

Sürücülərin nəzərinə: Bu prospektdə təmir işi aparılır

© Foto: AZƏRAVTOYOL
CƏMİYYƏT
Qısa URL
74 0 0

Sözügedən işlər çərçivəsində geridönmə hissədə əlavə hərəkət zolağı yaradılır

BAKI, 15 fevral — Sputnik. Ziya Bünyadov prospektinin köməkçi yolunda təmir işləri aparılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eninin böyüdülməsi məqsədi ilə döngə hissələrdə və hərəkət istiqaməti üzrə hər iki tərəfdə genişləndirmə işləri aparılır. Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən mövcud geri dönmə hissədə də genişləndirmə işləri görülür. Sözügedən işlər çərçivəsində geridönmə hissədə əlavə hərəkət zolağı yaradılır.

Bundan başqa, prospektin sözügedən hissəsində sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək məqsədi ilə 1 nöqtədə "cib"li hissə yaradılır.

Əlaqədar

Bakının məşhur küçəsində əsaslı təmir başlayıb
Evini təmir edən ustaya ərə gedən qadın indi küçələrdə qalıb
Çox gözləməli olacağıq: Bu prospektin təmiri payızda başa çatacaq
Yeni yol təmiri başlayıb
Teqlər:
Avtomobil Yolları Dövlət Agentliyi, təmir, Anar Nəcəfli, yol, prospekt

Əsas mövzular