18:38 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
81 0 0

Uşaq üçün nəhəng hesab edilən kista texniki cərrahi çətinliklərlə ləğv edilib

BAKI, 14 fevral — Sputnik. 11 yaşlı uşağın qaraciyərindən uşaq üçün nəhəng hesab edilən qurd kistası çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə uşaq cərrahı Fuad Hüseynov rəsmi facebook səhifəsində məlumat verib.

O bildirib ki, qurd kisəsinə səbəb uşağın ev heyvanları ilə təmasda olması imiş. Qarnında ağrılar, halsızlıq, ürəkbulanma şikayətləri olan 11 yaşlı oğlanda aparılan müayinələr nəticəsində məlum olub ki, qaraciyərində təqribən 11-12 sm ölçüdə qurd kistası (exinokokk) mövcuddur. Xəstəyə dərman müalicəsindən sonra cərrahi əməliyyat planlaşdırılıb.

Qaraciyərin 7-8 segmentində diafraqmaya yapışıq yerləşən, uşaq üçün nəhəng hesab edilən kista texniki cərrahi çətinliklərlə ləğv edilib. Əməliyyat uğurla başa çatıb.

Əlaqədar

Həkimə getdi, gözündə qurd tapdılar...
Teqlər:
ev heyvanı, qurd kisəsi, həkim, uşaq

Əsas mövzular