03:46 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
25810

Mais Ağayev: "Belə bir məsələ gündəmdə deyil"

BAKI, 8 fevral — Sputnik. Mətbuatda bir neçə ay sonra ictimai nəqliyyatda təmassız gediş haqqı ödənilməsi mümkün olacağına dair xəbərlər yayılıb. Sputnik Azərbaycan məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb.

Qurum təmsilçisi bildirib ki, bu məlumat həqiqəti əks etdirmir: "Yalan məlumatdır. Belə bir məsələ gündəmdə deyil. Və bu xəbərin heç bir əsası yoxdur".

Qeyd edək ki, hazırda nağdsız ödəniş Bakı Metropolitenində və "Baku Bus" nəqliyyat şirkətinin avtobuslarında istifadə olunan nəqliyyat kartları ("Bakı Kart") vasitəsi ilə həyata keçirilir. Kartların alınması və yüklənməsi "BakiKart" və "MilliÖN" terminallarında mövcuddur, kartın dəyəri iki manat təşkil edir.

Əlavə olaraq, az istifadə olunan, 0,2 AZN dəyərində olan və dörd səfərə qədər yüklənə bilən "Bakı Kart" ictimai nəqliyyatdan nadir hallarda istifadə edən qonaqlara və sakinlərinə verilir. Bir səfərin qiyməti 0,2 AZN təşkil edir.

Əlaqədar

Bakı Nəqliyyat Agentliyi jurnalistlərin şikayətinə reaksiya verdi
Bakıda 76 il fəaliyyət göstərən nəqliyyat növü
Bakı Nəqliyyat Agentliyi işçi axtarır
Allahverənov: “Nəqliyyat şirkətlərinə nəzarət daha da sərtləşdirilməlidir”
Teqlər:
"Bakı Kart", Mais Ağayev, BNA, Bakı Nəqliyyat Agentliyi, kart

Əsas mövzular