12:37 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
430 0 0

"Aidiyyatı qurumdakıların başqa işlərdən başları açılsa, internet üzərindən aparılan reklamların keyfiyyətinə nəzarət edərlər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 01 fevral — Sputnik. Azərbaycanda restoran biznesində güclü rəqabət mövcuddur. Bu rəqabətdə qalib çıxmaq üçün də reklamın rolu əvəzsizdir. Son zamanlar isə, xüsusilə onlayn şəkildə müştəri cəlb etmək üçün istifadə edilən reklamlar vətəndaşların etirazına səbəb olur. Belə ki, onlayn reklamların əksəriyyətində etik normalara zidd ifadələrdən və şəkillərdən istifadə edilir və buna da müştərilər etiraz edirlər.

Sputnik Azərbaycan yaranmış problemin həlli yollarını mütəxəssislərindən soruşub. Azərbaycan Reklamçılar İttifaqının (ARİ) sədri Hacıəmi Atakişiyev bildirib ki, reklamçılıqda yaranmış problemlər mövcud qanunla tənzimlənir: "Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2017-ci il 19 iyun tarixli qərarına əsasən, Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılıb. Eyni zamanda, Azərbaycan Reklamçılar İttifaqı olaraq biz də bu sahədə fəaliyyət göstəririk. Belə bir problem olarsa, "Reklam haqqında" Qanunun 39-cu maddəsinə əsasən nizamlana bilər".

Qurum rəhbəri onu da bildirib ki, şikayətçi şirkəti məhkəməyə verə bilər: "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar".

"Qanuna əsasən, haqsız, qeyri-dəqiq və gizli reklama yol verən reklam vericisi, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır və reklamın sifarişçisi xarici ölkənin təsərrüfat subyekti olduqda, onun məzmununa və həqiqiliyinə görə reklam olunan əmtəənin idxalçısı məsuliyyət daşıyır. Belə problem yaranarsa, müştəri məhkəməyə müraciət edə bilər. Biz də Azərbaycan Reklamçılar İttifaqı olaraq reklama baxıb, ona qiymət veririk və bizim qərarımız da məhkəmənin qərarına təsir edir" – deyə reklam mütəxəssisi əlavə edib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirir ki, bu hal sadəcə biabırçılıqdır və aidiyyatı qurumlar bu məsələni nəzarətə götürməlidir: "Qərb mədəniyyətinin pis cəhətlərinin Azərbaycana daxil olması və yayılması heç də sevindirici hal deyil. Gənclərin mentalitetində ciddi dəyişiklik baş verir. Biznesin inkişafına kömək adı altında böyük problemlərə səbəb olan belə reklamlar yaradılır".

"Bu problemlə İqtisadiyyat Nazirliyi xüsusi məşğul olmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin reklama nəzarət edən şöbəsi var. Həmin qurumdakıların başqa işlərdən başları açılsa, internet üzərindən aparılan reklamların keyfiyyətinə nəzarət edərlər. Əks halda bu cür biabirçılıqlar çox olacaq".

Dövlət Reklam Agentliyinin məsul işçisi isə, Sputnik Azərbaycan-a açıqlamasında onlayn reklama nəzarət etmədiklərini, ancaq küçə və obyektlərdəki reklamlara cavabdeh olduqlarını bildirdi.

Əlaqədar

Obyekt sahiblərinə müjdə: Daha hər reklama görə pul ödməyəcəksiniz
Sosial şəbəkələrdəki reklamlar nə dərəcədə effektivdir?
Artıq zəhlətökən reklam "sms"lərindən canınız qurtaracaq
Bu qərar reklam sahəsini dəyişdirəcək
Reklamda bunu etmək qadağan edildi
Şirkət diktatorun reklamına görə tənqidə məruz qaldı
Teqlər:
onlayn reklam, Azərbaycan Reklamçılar İttifaqı, Dövlət Reklam Agentliyi, Hacıəmi Atakişiyev, Sputnik Azərbaycan, biznes, Eyyub Hüseynov, restoran, rəqabət, Azərbaycan, qanun

Əsas mövzular