10:58 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
CƏMİYYƏT
Qısa URL
8110

Onlayn səsvermə 31 yanvar gecə yarısınadək davam edəcək

BAKI, 25 yanvar — Sputnik. Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə 2012-ci ildən başlayaraq hər il həyata keçirilən "Gənclər paytaxtı" layihəsi 6 il ərzində 3 milyondan artıq iştirakçı səsi toplaya bilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2012-ci ildən mütəmadi olaraq hər il keçirilən Gənclər Paytaxtı internet səsverməsi nəticəsində Gəncə (2012-ci il), Biləsuvar (2013-cü il), Quba (2014-cü il), İsmayıllı (2015-ci il), Şəmkir (2016-cı il), Balakən (2017) Gənclər paytaxtı adına layiq görülmüşlər.

Hər il olduğu kimi bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçiriləcək. Onlayn səsvermə 25.01.2018 tarixindən 31 yanvar gecə yarısınadək davam edəcək.

2018-ci ildə səsvermədə Azərbaycanın 23 rayon və şəhəri iştirak edir.

Qeyd etmək lazımdır ki, "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir.

 

Əlaqədar

Ailə qurmağa hazırlaşan gənclər üçün xüsusi fürsət
Gənclər “şeytan ayini” keçirib, intihar etdilər
Ekoloji durumla bağlı gənclər maarifləndirilir
Azərbaycanın gənclər siyasəti müzakirə edildi
"Yekaterinburqda yaşayan azərbaycanlı gənclər UNEC-də təhsil almaqda maraqlıdırlar"

Əsas mövzular