21:22 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Vladimir Vısotski

SSRİ-nin ən məşhur milisi, narkoman və dahilərə yaraşan ölüm

© Sputnik / Viktor Tolochko
CƏMİYYƏT
Qısa URL
169 0 0

Vladimir Vısotski SSRİ-nin ən tanınmış mədəniyyət xadimidir desək, yəqin ki, yanılmarıq. Onun haqqında yeni nəsə demək çox çətindir

BAKI, 25 yanvar — Sputnik. Sovet şairi, aktyoru və musiqiçisi, SSRİ Dövlət mükafatı laureatı Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olub. Onun uşaqlığı müharibə illərinə təsadüf edib. 1947-ci ildən 1949-cu ilə kimi atası və analığı ilə Almaniyada yaşayıb, sonradan Moskvaya qayıdıb müəllimlər evindəki dram dərnəyinə gedib. Tikinti Mühəndisləri İnstitutuna daxil olub, lakin oranı tərk edərək, Moskva Bədii Akademik Teatrın nəzdindəki V.İ.Nemiroviç- Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olub.

1960-cı ildə oranı bitirib, A.S.Puşkin adına dram teatrında fəaliyyətə başlayıb. 1964-cü ildən ömrünün sonuna qədər Moskva dram və komediya teatrında işləyib.

O, "Qalileyin həyatı", "Hamlet", "Puqaçov", "Albalı bağı", "Cinayət və cəza" tamaşalarında baş rollarda çıxış edib. Bir neçə tamaşada Vısotskinin mahnıları səslənib. V.Vısotski ilk şeirlərini tələbəlik illərində yazıb.

İlk kitabı olan "Döymə" ("Tatuirovka") 1961-ci ildə çap olunub.

V.Vısotski 1959-cu ildən kinoya çəkilib. 1960-cı ilin I yarısından Vısotski mahnılarını gitarada ifa etməyə başlayıb. 1968-ci ildən Vısotskinin mahnıları mətbuatda ciddi tənqid edilib və SSRİ-də bir-iki mahnısı və şeirindən başqa, kitablarını çap etdirmək mümkün olmayıb. 70-ci illərin II yarısından başlayaraq xarici ölkələrdə konsertlərlə çıxış edib.

1980-ci ilin 18 iyulunda "Hamlet" tamaşasından bir həftə sonra ayın 27-də vəfat edib. Vısotskinin dəfni o zaman Moskvada keçirilən Yay Olimpiadasını kölgədə qoyub. 

1981-ci ildə SSRİ-də onun ilk kitabı "Əsəb" ("Nerv") çap olunub.

1987-ci ildə, ölümündən sonra ona "Görüş yerini dəyişmək olmaz" filmindəki roluna görə SSRİ Dövlət mükafatı verilib.

Vısotskinin kütüm balığının hazırlanmasına aid azərbaycanlının dilindən hazırladığı "Kütüm" yumoristik hekayəsi hazırda internet məkanında geniş yayılıb:

 

 

Əlaqədar

Azərbaycanlı aktyor: "Bu işdə işlədiyim üçün qohumlarım məni döydülər"
Tanınmış aktyor evini satışa çıxardı
90 yaşlı teatrın aktyorları festivala yollanır
Tanınmış aktyorların səhhəti ilə bağlı açıqlama verildi
Onu görməyə tələsin: dünya şöhrətli hind aktyoru Bakıya gəlir
Teqlər:
Vısotski, musiqiçi, şair, doğum günü, aktyor

Əsas mövzular