14:02 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8947
Marketdə qiymətlər

Tütün məhsulları və alkoqollu içkilərin son qiymətləri

© Sputnik / Aleksey Malgavko
CƏMİYYƏT
Qısa URL
973 0 0

Sözügedən məhsullarda heç bir qiymət artımı baş vermədiyi ortaya çıxdı

BAKI, 23 yanvar — Sputnik. Ölkəyə gətirilən pivə və alkoqollu içkilərə yeni aksiz dərəcələri tətbiq olunacağını, tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergilərinin də 2 dəfədən çox artırılacağını xəbər vermişdik. Məlumat Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə də əksini tapıb.

Sputnik Azərbaycan-ın əməkdaşı marketlərdə siqaret və spirtli içkilərin son qiymətləri ilə maraqlanıb. Apardığımız müşahidələr nəticəsində sözügedən məhsullarda heç bir qiymət artımı baş vermədiyi ortaya çıxıb. Belə ki, aksiz vergisi qalxsa da, istər alkoqollu içkilər, istərsə də tütün məhsulları hazırda əvvəlki qiymətlərlə satılır.

Bəzi marketlərdən bildirilib ki, yeni aksiz dərəcələrinə uyğun olaraq idxal olunan spirtli içkilərin qiymətlərində artım olacağı mümkündür, lakin tütün məhsulları ilə bağlı belə bir gözlənti yoxdur.

Qeyd edək ki, keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra — yanvarın 23-də qüvvəyə minir. İndiyə qədər səməni pivəsinin 1 litr üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manat, şampan şərabının 1 litr üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,1 manat aksiz dərəcəsi tətbiq olunub.

Dəyişikliyə əsasən, yanvarın 23-dən səməni pivəsinin 1 litr üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litr üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

Əlaqədar

Siqaret aludəçilərinin və obyekt sahiblərinin narahatlığına son!
Avtomobildə 3 min ədəd siqaret tutuldu
Gömrükdə inanılmaz əməliyyat: 2,2 milyon manatlıq siqaret tutuldu
Teqlər:
aksiz vergisi, alkoqollu içki, spirtli içki, tütün, siqaret

Əsas mövzular