18:55 25 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
15511

İ.Mənəfov ötən gün Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub

Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə şəhid olan əsgəri dəfn edilib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, Mənəfov İbrahim Möhsüm oğlu bu gün Neftçalanın Bankə qəsəbəsində dəfn olunub.

Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri və İ.Mənəfovun xidmət keçdiyi hərbi hissənin zabit və əsgər heyəti iştirak edib. Dəfn mərasimi fəxri qaravul və yayılım atəşi ilə müşayiət edilib. Azərbaycan bayrağı hərbi hissənin komandiri tərəfindən şəhidin atasına təqdim edilib.

Qeyd edək ki, İ.Mənəfov ötən gün Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. 

Əsas mövzular