CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astara sakinindən 3 kiloqram tiryək götürüldü

© Sputnik / Rahim MuradovAstarada polis narkotik vasitə satan şəxsi saxlayıb
Astarada polis narkotik vasitə satan şəxsi saxlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Evin zirzəmisində külli miqdarda narkotik aşkarlandı

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Astarada polis narkotik vasitə satan şəxsi saxlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Astara şəhər sakini Ramin Kərim oğlu Quliyev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Astara şəhəri ərazisində saxlanılıb.

© Sputnik / Rahim MuradovAstara şəhər sakini Ramin Quliyev
Astara şəhər sakini Ramin Quliyev - Sputnik Azərbaycan
Astara şəhər sakini Ramin Quliyev

Astara rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Elvin Əzimzadənin verdiyi məlumata görə, Ramin Quliyev saxlanılan zaman üzərinə baxış keçirilərkən satış məqsədi üçün saxladığı 1 kq 10 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb: "Daha sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq Ramin Quliyevin yaşadığı evdə axtarış tədbirləri aparılıb və evin zirzəmisindən 2 kq 120 qram çəkidə narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb və ibtidai istintaq davam etdirilir."

Elvin Əzimzadə bildirib ki, Ramin Quliyev narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan Afşin adlı şəxslə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib.

Xəbər lenti
0