13:05 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Smartfonun ekranında Whatsapp messengerinin loqotipi

Bunun da yolunu tapdılar: "WhatsApp"da yazışmanızı oxuya bilərlər

© AFP 2019 / NICOLAS ASFOURI
CƏMİYYƏT
Qısa URL
1388 0 0

Yeni üzv əlavə edildikdən sonra o, bütün yazışmaları oxuya bilər

BAKI, 12 yanvar — Sputnik. Başqasının "WhatsApp" yazışmalarına daxil olmağın yolu tapılıb. Sputnik Azərbaycan “The Wired”ə istinadla xəbər verir ki, kriptoqrafiya sahəsində ixtisaslaşmış alman mütəxəssislər başqalarının Whatshap yazışmalarına daxil olmağın üsulunu tapıb.

Tədqiqatlar göstərib ki, istənilən istifadəçi administratorun razılığı olmadan çata yeni istifadəçilər əlavə edə bilər. Yeni üzv əlavə edildikdən sonra o, bütün yazışmaları oxuya bilər.

"WhatsApp" qarşılıqlı şifrələmə prinsipindən istifadə edir. Bu prinsipə görə, istifadəçilərin yazışmaları serverdə deyil, onların qurğularında qalır. Məlumata görə, serverə ancaq kompaniyanın əməkdaşları, hökumət və hakerlər daxil ola bilər.

“Facebook”un (“WhatsApp”a da sahibdir — red.) təhlükəsizlik xidmətinin rəhbəri “Twitter” hesabında bildirib ki, çat qrupunun  iştirakçıları yeni iştirakçılar əlavə edildikdə bu barədə bütün iştirakçılar bildirişlə məlumatlandırılır və onlar bu halda həmin şəxslə söhbəti davam etdirib-etdirməməyə özləri qərar verir.

Əlaqədar

"WhatsApp” istifadəçilərinə müjdə
"WhatsApp" bu telefonlarda işləməyəcək
"Whatsapp"-ınıza belə bir mesaj gəlsə, qətiyyən açmayın
Bu telefonlarda "WhatsApp" işləməyəcək
Teqlər:
şifrələmə, yazışma, "WhatsApp", haker

Əsas mövzular